Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda binanın yaxınlığında dayanacaq tikintisi sakinləri özündən çıxardı - VİDEO

Bakıda binanın yaxınlığında dayanacaq tikintisi sakinləri özündən çıxardı - VİDEO

Tarix: 10 Yanvar 2023 13:48

Bakıda yaşayış binasının həyəti taxta lövhələrlə hasara alınıb. Səbəb isə 2 aydır davam edən qanunsuz dayanacaq tikintisidir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Nəsib bəy Yusifbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yaşayan 954-cü məhəllənin sakinləri binaya daxil olmaq üçün uzun yol qət etmək məcburiyyətində qalırlar.

Bundan əlavə, binanın önündə hündürmərtəbəli dayanacağın tikilməsi həm də uşaqlar üçün oyun meydançasının qalmaması deməkdir.

Sakinlər tikinti işlərinə dəfələrlə mane olmağa çalışsalar da, xeyri olmayıb.

Onlar məsələ ilə bağlı İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ediblər. Cavab olaraq bildirilib ki, torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq ərazidə aparılan tikinti işlərinin saxlanılması barədə şirkətə xəbərdarlıq edilib.

Tikinti işlərini həyata keçirən "AZ PERA" MMC ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Lakin Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən bildirildi ki, tikinti norma və qaydalara uyğun şəkildə aparılır. Aiddiyyəti dövlət qurumlarının rəylərinə əsasən şirkətə tikinti işləri aparması üçün elektron formada icazə verilib. Həmçinin bildirildi ki, gələcəkdə əraziyə irihəcmli avtomobillərin girişi üçün də şərait yaradılacaq. Yəni sakinlərin narahatlığı üçün heç bir səbəb yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bakıda binanın yaxınlığında dayanacaq tikintisi sakinləri özündən çıxardı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ