Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə və Azərbaycana qarşı planı olanlar... - Akar

Türkiyə və Azərbaycana qarşı planı olanlar... - Akar

Tarix: 10 Yanvar 2023 21:14

Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanın "Vətən əməliyyatı" ilə işğal altındakı torpaqlarını azad etdiyini xatırladan nazir qeyd edib:

"Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik".

Nazir bildirib ki, bütün dünya gördü ki, Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət", "İki ananın oğlu"dur.

Şəhid və qazilərin fədakarlıqlarının nəsillər boyu xatırlanacağını və tarixdə mühüm yer tutacağını vurğulayan Akar onları qələbənin qüruru adlandırıb.

"Türkiyə ilə Azərbaycan kədər və sevinc içində bir yerdədir. Bir yumruq, bir ürək olacağıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - H.Akar əlavə edib.

Milli.Az


Etiketlər:  Türkiyə Azərbaycana qarşı planı olanlar Akar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ