Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əgər 2 min ədəd ''Leopard'' Ukraynaya verilməsə...

Əgər 2 min ədəd ''Leopard'' Ukraynaya verilməsə...

Tarix: 11 Yanvar 2023 08:10

Qərb rəsmiləri Ukraynanın irimiqyaslı tank və digər zirehli texnikalar çatdırılmadan Rusiyanın ələ keçirdiyi əraziləri azad edə biləcəyinə inanmır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın "Quardian" nəşri yazıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, hazırda Rusiya və Ukrayna qüvvələri təxminən bərabərdir və bu isə ukraynalılara böyük hücuma keçməyə imkan vermir:

"Ukraynalılar ötən illə müqayisədə güc balansında dəyişiklik etmədən əhəmiyyətli əraziləri geri ala bilməyəcəklər. Ruslar və ukraynalılar arasında güc balansı çox incə balanslaşdırılıb".

Həmsöhbətlərin fikrincə, ən real variant Ukraynanı təxminən 2 min ədəd alman "Leopard"ları ilə təmin etməkdir.


Etiketlər:  Əgər ədəd Leopard Ukraynaya verilməsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ