Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Osloda Gülnarə Xəlilovanın "Cizgi"nin Şimal Hekayələri" adlı ekspozisiyası - VİDEO - FOTO

Osloda Gülnarə Xəlilovanın

Tarix: 11 Yanvar 2023 14:06

Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Northern Stories by CİZGİ" ("Cizgi"-nin Şimal Hekayələri) adlı ekspozisiyasının açılışı oldu. 

Tədbir Oslodakı Azərbaycan Evi və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil olunub. Tədbirdə "Azərbaycan Evi" nin sədri, Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev, "Azərbaycan Evi"nin nümayəndələri Arzu Rzayeva, Günay Əliyeva, ictimaiyyətin və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər. 

Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olundu.

Gülnarə Xəlilova: "Mən öz əsərlərimi Norveçdə, görkəmli arxeoloq, səyyah və yazıçı Tur Heyerdalın vətənində təqdim edirəm, hansı ki, uzun illər aparılan araşdırmalardan sonra belə nəticəyə gəlib ki, vikinqlər əslən Azərbaycandan gəliblər-qədim zamanlarda məhz ölkəmizin ərazisindən Skandinaviyaya yolları başlayıb. Keçən ilin may ayında Oslo şəhərinin məşhur Cosmopolite konsert salonunda Qarabağ bölgəsinin milli geyim ənənələrini əks etdirən "Xarıbülbül və Qarabağ" defilesini təqdim etdim. Bu dəfə sərgi formatında Norveçin ornamentlərinə üstünlük verərək əsərləri təqdim etdim və bu da qonaqların böyük marağına səbəb olub. Onlar təkcə yaradılan kompozisiyaların dəqiqliyinə deyil, həm də ilk dəfə olaraq onların milli ornamentlərinin ipək üzərində təqdim olunmasına xoş təəccübləndilər. Ümumiyyətlə, Norveç ornamentləri ənənəvi olaraq toxunma və tikiş üslubu ilə əks olunur". 

Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilirdi.

Milli.Az


Etiketlər:  Osloda Gülnarə Xəlilovanın Cizginin Şimal Hekayələri adlı ekspozisiyası VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ