Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi

Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi

Tarix: 11 Yanvar 2023 18:24

Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, T.Yaqublu Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Əlavə edək ki, bu gün tanınmış həkim Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşmüşdü. Həkim onun səhhətini nəzərə alaraq xəstəxanaya köçürülməsinin vacibliyini qeyd etmişdi.

Milli.Az


Etiketlər:  Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ