Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Survivor”a iki keçmiş finalçı transfer olunacaq: Nifrət eşqə çevriləcək? - FOTO

“Survivor”a iki keçmiş finalçı transfer olunacaq: Nifrət eşqə çevriləcək? - FOTO

Tarix: 11 Yanvar 2023 18:40

Milyonları ekrana bağlayan "Survivor" verilişinin 2023-cü il heyəti ilə bağlı açıqlamalar davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Buse Plan, Halil İbrahim Göker, Berdan Mardini və Alper Rende kimi şəxslərin qatılacaqları "Survivor-2023" mövsümü artıq sosial mediada böyük əks-səda yaradıb.

Yeni mövsümdə yüksək reytinq hədəfləyən məşhur türkiyəli teleaparıcı Acun İlıcalının "Survivor-2021" mövsümünün iki finalçısını heyətə qatacağı iddia edilib.

İddialara görə, "Survivor-2021" mövsümündə "Könüllülər" komandasında mübarizə aparan Aleyna Kalaycıoğlu və Yigit Poyraz bu il "Survivor"a ehtiyat komandadan qatılacaqlar.

Bu iki finalçının yenidən ekranlara gələcəyi xəbəri tamaşaçılar tərəfindən böyük həyəcanla qarşılanıb.

Bəzi sosial media istifadəçiləri bir-biriləri ilə yola getməyən, amma eyni zamanda eşq yaşadıqları deyilən Yigit Poyraz və Aleyna Kalaycıoğlu cütlüyünün dava-dalaşlarına qaldıqları yerdən davam edəcəklərini iddia ediblər. Bəzi istifadəçilər isə nifrətin sevgiyə çevriləcəyini, onların eşq yaşaya biləcəklərini qeyd ediblər.

Milli.Az


Etiketlər:  Survivora iki keçmiş finalçı transfer olunacaq Nifrət eşqə çevriləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ