Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə sədrinin qardaşı oğlu faciəvi şəkildə öldü - FOTO

Məhkəmə sədrinin qardaşı oğlu faciəvi şəkildə öldü - FOTO

Tarix: 12 Yanvar 2023 10:28

Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, magistralın Salyandan keçən hissəsində Masallı rayon sakini, Araz Məcidovun idarə etdiyi "KamAZ"la digər yük maşını toqquşub. Nəticədə A.Məcidovun sərnişini, Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Kiçibəyov Rahid Elibəyi oğlu hadisə yerində ölüb. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzada vəfat edən R.Kiçibəyov Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyovun qardaşı oğludur. O, biznes fəaliyyəti ilə məşğul olurmuş və yük maşınında bir neçə ton un olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Etiketlər:  Məhkəmə sədrinin qardaşı oğlu faciəvi şəkildə öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ