Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı

Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı

Tarix: 12 Yanvar 2023 11:46

Bakıda bağ evindən mühafizəçinin meyiti tapılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən və Rəşad İlham oğlu Kəsəmənskiyə məxsus olan bağ evinin mühafizə otağından orada mühafizəçi işləyən Şuşa sakini Samir Muradovun meyiti tapılıb. Meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. S.Muradovun infarkt səbəbindən dünyasını dəyişdiyi ehtimal edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Kəsəmənski biznes fəaliyyəti ilə məşğul olur.

Milli.Az


Etiketlər:  Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı


RƏYLƏR