Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 14:30
Qazaxda qadının qollarını kəsməsi barədə xəbər vermişdik.
Sonxeber.net xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Ağköynək kənd sakini 37 yaşlı Musazadə Ləman Şərafəddin qızının qollarını doğramasının səbəbi üzə çıxıb. Belə ki, həmkəndlisi R. Vəliyev sosial şəbəkələrdə mütəmadi olaraq, şər-böhtan xarakterli ifadələr işlətməklə L. Musazadəni və ailəsini təhqir edib. Qadın da bu səbəblə yanvarın 10-u saat 13:30-da yaşadığı evdə bıçaqla sol qolunu kəsərək, özünü öldürmək istəyib.
Hazırda araşdırmalar davam edir.