Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Cəmi 3000 manat pul verirlər, çox gülünc məbləğdir" - VİDEO

Tarix: 12 Yanvar 2023 15:40

"Seriallardan gələn təklifləri qəbul etmirəm. Serial tipli layihələrdə yoxam. Tək-tük yaxşı filmlər çəkilir. Ssenarisi yazılanda hansı aktyorların o filmdə rol alacaqları artıq nəzərdə tutulur. Pandemiyadan əvvəl maddi sıxıntıların olduğunu söyləyirdilər".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu "7 canlı" axşam şousunda deyib.

Aktrisa bildirib ki, serial və filmlərə çox az qonorar verildiyindən bu işlərdən uzaqlaşıb:

"Özümə dəyər verən xanımam. Qəpik-quruşa işləmək istəmirəm. Təkliflərdə də elə bir məbləğ deyirlər ki, fikirləşirəm ki, aktrisalığa yenicə başlayanda gündəlik həmin pula çəkilirdim. Cəmi 2000-3000 manat pul verirlər. Lap özünü sıx 5000 manat. Çox gülünc məbləğdir".

Pərvin "TikTok" sosial şəbəkə platformasına gəlməsini orada olan şirnikləndirici oyunlarla əlaqələndirib:

"Çəkilmişəm kənara. Evdəyəm, ev həyatı yaşayıram. Pandemiya məni evə yığdı. 2-3 il bundan əvvəl başıma xoşagəlməz bir hadisə gəldi. Bundan sonra evdən heç çıxmaq istəmirəm. Evə qapanmaq məni "TikTok"a gətirdi.

Orada başımı qatıram. Heç bir restorana, kafeyə getmək istəmirəm. Gedəndə də çox nadir hallarda gedirəm. Orada zamanımı keçirirəm. Şirnikləndirici oyunlara meyillilik var. Gördüm ki, "TikTok"daki oyunlar var. Buna görə qaçdım ora".

Milli.Az


Etiketlər:  Cəmi 3000 manat pul verirlər çox gülünc məbləğdir VİDEO


RƏYLƏR