Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın”

“Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın”

Tarix: 12 Yanvar 2023 17:50

Əməkdar artist Kübra Əliyeva xərçənglə mübarizəsindən və vəfat edən böyük oğlu Rauf Məmmədovdan danışıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu haqda "O kimdir?" verilişində söz açıb.

Aktrisa mərhum oğlu barədə yayılan xəbərlərdən incidiyini bildirib.

"Allah heç bir valideynə övlad dağı göstərməsin. Və övladının pis vərdişləri olmasın... Televiziyada mənim şəklimi arxada verib "Şok-şok, aktrisanın oğlu belə, elə..." başlıqla xəbər yayımlamaqları xətrimə dəydi. Sadəcə bir söz dedim ki, Allah sizi elə biabır etsin ki, başınızı qaldırıb küçədə gəzə bilməyəsiz. Niyə məni biabır edirsiniz? Mən əməyimlə, zülmümlə, dişim, dırnağımla bu yerə gəlmişəm. Xərçəngə tutulanda Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın. Məndən sonra o məhv olar. Allah onu da etdi", - deyə, K. Əliyeva qeyd edib. 

Məlumat üçün bildirək ki, sənətçinin övladı 2015-ci ildə 46 yaşında həbsxanada dünyasını dəyişib. O, aptekə basqın etməkdə təqsirləndirilərək 14 il müddətində azadlıqdan məhrum edilmişdi.


Etiketlər:  Allaha etdim oğlumu məndən əvvəl alsın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ