Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadisə ''Takvim''i məhkəməyə verdi

Hadisə ''Takvim''i məhkəməyə verdi

Tarix: 13 Yanvar 2023 05:45

Xəbər verdiyimiz kimi, dünyaca məşhur içki markasının müğənni Hadisəni reklama çəkməkdən son anda imtina etdiyi iddia olunub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan ifaçı bu barədə məlumatı yayımlayan "Takvim" qəzetini məhkəməyə verib. 

"11.01.2023-cü il tarixində "Takvim gazatesi"ndə "Hadisənin qalmaqallı həyatı başına bəla oldu, dünyaca məşhur içki markasının amerikalı sahibləri Hadisə ilə bağlanan milyonluq müqaviləni geri çevirdi" başlığı altında yazı yazılıb. Yalan olması ilə yanaşı, müvəkkilimin şəxsi hüquqlarına və nüfuzuna zərbə vuran xəbərə cavab vermək məcburiyyətində qaldıq.

Qəzetin gerçək olmayan, eyni zamanda müvəkkilimə, onun sənətçi nüfuzuna, iş etibarına istiqamətlənmiş sistemli hücum və etibar zədələnməsi məzmununda olan xəbərə cavab, eyni zamanda təkzib haqqımız var. Bundan istifadə edərək hüquqi prosesi başlatdıq" deyə, Hadisənin vəkili Orhan Erol Müezzinoğlu bildirib.

Qeyd edək ki, Hadisəyə çəkiliş qarşılığında 14 milyon lirə (təxminən 1 milyon 268 min 660 manat) təklif olunmuşdu.


Etiketlər:  Hadisə Takvimi məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ