Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sülh istəyən ölkə müharibəyə hazır olmalıdır“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Sülh istəyən ölkə müharibəyə hazır olmalıdır“ - POLİTOLOQ ŞƏRH ETDİ

Tarix: 13 Yanvar 2023 10:42

"Azərbaycanın hərbi üstünlüyü müharibədə özünü göstərdi. Biz qələbə çaldıq, Ermənistan ordusunu darmadağın etdik və Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Bu bütün dünyaya aydındı və Azərbaycan əsgərlərinin sıldırım qayları əlləri ilə dırmaşayaraq Şuşanı azad etməsi hərb tarixində bir yenilik oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, cənab Prezidentin də qeyd etdiyi kimi biz bundan sonra da boş dayanmadıq və ordunun inkişafı üçün işlər apardıq: "Çünki ətrafımızda bizi istəməyən qüvvələr, düşmən ölkələr var. Buna görə də ordumuzu daha da gücləndirmək üçün mühüm işlər görüldü.

Sülh istəyən ölkə müharibəyə hazır olmalıdır. Biz bu prinsipə diqqət edir və bu yolda ciddi çalışırıq. Ermənistan məğlub olduqdan sonra orada olan məğlub qüvvələr yenidən Azərbaycan ərazilərinə iddialar irəli sürürlər. Çox təəssüf ki, onlar başlarına dəyən dəmir yumruqdan nəticə çıxarmayıblar.

Cənab Prezident müsahibəsi zamanı da diqqətə çatdırdı ki, biz təcavüzkar dövlət deyilik. Bizə hücum olunub və biz də buna qarşılıq verərək, öz ərazilərimizi azad etdik. Bu gün də görünən odur ki, Ermənistan məğlubiyyətindən heç bir nəticə çıxarmır.

Azərbaycan son illərdə apardığı hərbi, diplomatik işlərə görə artıq dünyanın aparıcı ölkəsinə çevrilib".


Etiketlər:  Sülh istəyən ölkə müharibəyə hazır olmalıdır POLİTOLOQ ŞƏRH ETDİ


RƏYLƏR