Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2023 13:58
Azərbaycan İranın kabusudur. Əsas faktor da İranın qədim türk dövləti olması və hazırda bu ölkədə 40 milyondan yuxarı türkün yaşamasıdır. Bunu molla-fars rejimi deyir. Və bu kabusdan qurtulmaq üçün tarix boyu min bir fitnə-fəsada əl atılıb. Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, son 30 ildə isə müstəqil Azərbaycanın inkişafını durdurmaq və özünün təsiri altına salamaq üçün molla-fars rejimi hətta şeytanla işbirliyinə belə gedib. Molla rejimi müxtəlif vasitələrlə Azərbaycanda hər zaman nifaq salmağa çalışıb, bu istiqamətdə külli miqdarda vəsaitlər xərcləyib.
90-cı illərdə İranın Azərbaycanda yaratdığı təşkilatlar
1991-ci ildə müstəqillik əldə etdikdən sonra sərhədlərin açılması nəticəsində çoxlu sayda gənc İrana dini təhsil dalınca yollandı. Onların əksəriyyəti şiəliyin təhsil mərkəzi olan Qum şəhərində İranın müxtəlif din xadimlərinin rəhbərliyi altında "hövzə" dərsləri almışdılar. Həmin dövrdən etibarən İranın müxtəlif rəsmi və qeyri-rəsmi strukturları Azərbaycanda fəaliyyətə başlayır. Onlar arasında İran Mədəniyyət Mərkəzi, İmam Xomeyni adına İmdad Komitəsi (2014-cü ildə Azərbaycanda fəaliyyətini dayandırılıb), İslam Təbliğatı Təşkilatı, "Vəleyi-Fəqihin" nümayəndəliyi və s. göstərmək olar. 1990-cı illərdə Azərbaycanın xüsusilə cənub zonalaırnda bir çox İranlı din xadimləri məscidlərdə dini ayinlər həyata keçirirdilər.
Zaman keçdikcə İranda din təhsili alan şəxslərin Azərbaycanın dini mühitinə təsirinin artması ilə yanaşı, onların ictimai-siyasi fəaliyyətləri də müşahidə edilməyə başladı.
Azərbaycandakı hansı partiya və təşkilatlar İrandan dəstək və göstəriş alırdı?
1991-ci ildə yaradılmış və 1995-ci ildə dövlət qeydiyyatı rəsmən ləğv edilmiş Azərbaycan İslam Partiyasının ilk lideri İranın xeyrinə casusluq ittihamı ilə həbs olundu. Sonrakı illərdə fəaliyyətini qeyri-qanuni davam etdirən bu partiyanın sonuncu sədri, terrorçuluq və hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə həbs olunan Mövsüm Səmədov İranda təhsil almışdı. Milli Mənəvi Dəyərlər İctimai Birliyinin qurucusu İranda təhsil almış Abgül Süleymanov 2011-ci ildə Təhsil Nazirliyinin dövlət məktəblərində uniforma tətbiq etməsi ilə məktəblərdə hicabın qadağan edilməsinə qarşı qeyri-qanuni aksiyaların təşkilatçısı olmuş, həmin aksiyalarda polislə toqquşmalar baş vermiş və yaralananlar olmuşdu.
Nəhayət, 2015-ci ilin noyabrında Bakının Nardaran kəndində 2-i polis olmaqla 7 nəfərin ölümü ilə nəticələnmiş Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş əməliyyat zamanı ilahiyyatçı Tale Bağırov həbs edildi. Respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar və kütləvi iğtişaşlar törədən bu şəxs 2005-2010-cu illərdə Qumda təhsil alıb.
Dövlət çevrilişinə cəhd
1994-cü ilin oktyabrında Xətai Rayon prokuroru Mahir Cavadov öz silahlı dəstəsi ilə Baş Prokurorluğa basqın etdi. Baş prokurora qarşı fiziki təzyiqlər edən, dövlət obyektinə ciddi ziyan vuran Mahir Cavadov məsuliyyətdən qaçaraq İranda gizləndi. 25 ildən artıqdır ki, o İranda geniş biznes şəbəkəsi qurub. Onun İnterpol vasitəsi ilə beynəlxalq axtarışda olmasına baxmayaraq İran beynəlxalq qanunlara tüpürərək onu Azərbaycan təhvil vermir. Görkəmli alim, Sovet İttqifaq Qəhrəmanı Ziya Bünyadovun qətli də İran kəşfiyyatının ölkəmizdəki ən böyük "layihələrindən biri" sayıla bilər.
Çox təəssüf ki, bu gün ölkənin cənub zonası, o cümlədən Sabirabad, Saatlı və İmişli rayonlarındakı məscidlərdəki din xadimləri molla-fars rejiminin güclü təsiri altındadır. Ramazan, Məhərrəmlik aylarında və Qurban bayramında yuxarıda adını çəkdiyimiz ərazilərdəki din "xadimləri" Qafqaz Müsəlmanları İdarəsinin fətvasını deyil, İran ayətullahlarının fətvasını icra edirlər.
Molla-fars rejimi Azərbaycanda konstitusion quruluşu dəyişməyə hər zaman cəhd edib. Və bunun üçün həm din adamlarından, həm siyasətçilərdən, həm də mətbu orqanlarından geniş şəkildə bəhrələnməyə çalışıb. Çox təssüf ki, Azərbaycandakı bəzu mətbu orqanları da zaman-zaman İrandan dəstək və göstərişlər alıb.
Tehrana bağlı media qurumları
2004-cü ilin əvvələri idi. "İnteraz" televiziyası hələ yeni-yeni ayağa dururdu. Televiziya kanalı Moskvada açılsa da nədənsə auditoriya üçün Azərbaycan seçilmişdi. Bütün verilişlər Azərbaycanca yayımlanırdı. O zaman Rusiyada işləyib fəaliyyət göstərən, əslən Masallı rayonundan olan Gülağa Qəmbərov Azərbaycanda sosial layihələr həyata keçirirdi. Qəribə idi ki, o zaman Gülağa Qəmbərovun keçirdiyi tədbirləri işıqlandırmağa "İnteraz" ciddi səy göstərirdi. Həmin vaxt Gülağa Qəmbərovla yaxın münasibətlərim olduğu üçün onunla iş birliyi üçün mənimlə, bu sətirlərin müəllifi ilə görüşürdü. Və günlərin bir günü "İnteraz"-ın rəhbəri Saleh Xudiyev mənimlə görüşdü. Dedi ki, biz onsuz da Gülağa müəllimin təbliğatçısıyıq:
"İstəyirik ki, onunla görüşək. Birgə iş görək. İstəsə lap səhmlərimizin yarısını ona sata da bilərik".
Mən də soruşdum ki, "siz Moskvada fəaliyyət göstərirsiniz. Bəs, niyə daha çox Azərbaycana can atırsınız". Saleh müəllim güldü. Dedi ki, "şef belə istəyir. Biz Moskvada otursaq da Azərbaycanda yayımlanmaq istəyirik".
Gülağa müəllim təklifə isti baxdı. Amma bizdən xahiş etdi ki, məsələni ətraflı araşdıraq. Bəlli oldu ki, televiziyanın əsas sahibi Cənubi Azərbaycandan olan və bir müddət Avropada yaşayan molla rejiminə bağlı bir şəxsdir. Və SSRİ dağılandan sonra Moskvada böyük biznes qurub. İranla güclü ticarət əlaqələri var.
Məhz İran faktora görə sövdələşmə baş tutmadı.
Sonradan "İnteraz" televiziyasının daha bir qolu olan "salamnews" xəbər portalı da fəaliyyət göstərməyə başladı. Bu iki media şəbəkəsi davamlı olaraq İranın Azərbaycanda siyasətinin dəstəkçisinə çevrildilər.
Düzdür, "İnteraz"ın 2017-ci ildən ölkəmizdəki yayımı dayandırıldı, "salamnews" isə hələ də bu şəbəkəyə xidmətini davam etdirir.
Sirr deyil ki, bu gün ölkəmizdə açıq və gizli şəkildə İrandan dəstək alan və molla-fars rejimini təbliğ edən kifayət qədər adamlar, şəbəkələr var. Onların arasında dindarlar da, turizmi şirkətləri və media orqanları da mövcuddur.
Mövzu üzrə araşdırmamız davam edir.