Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Virus üçün ikiqat “uğur” - “Kraken”in əsas təhlükəsi açıqlandı

Virus üçün ikiqat “uğur” - “Kraken”in əsas təhlükəsi açıqlandı

Tarix: 13 Yanvar 2023 16:38

Koronavirusun "Omikron" ştammının "XBB.1.5" və ya "kraken" subvariantında yaranan mutasiyalar ona hüceyrələrə daha effektiv şəkildə yapışmağa və anticisimlərdən qaçmağa imkan verir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Fizika və Texnologiya İnstitutunun (Rusiya) genom mühəndisliyi laboratoriyasının rəhbəri, virusoloq Pavel Volçkov deyib.

"Kraken"dəki F486P mutasiyası nəinki hüceyrələrə daha yaxşı yapışmağa, həm də onu neytrallaşdıra biləcək anticisimlərdən yayınmağa imkan verir. Bu, virus üçün ikiqat uğurdur", - deyə o, izah edib.

Lakin o, bununla belə "omikron"a qarşı immunitetin ümumiyyətlə köməksiz olmadığını vurğulayıb.

"Hazırda Çində inkişaf edən variantlardan daha çox qorxardım. Böyük ədədlər nəzəriyyəsi bizə deyir ki, məhz oradan yeni təhlükəli koronavirus ştammının gəlişini gözləmək olar", - deyə həkim əlavə edib.

Xatırladaq ki, artıq Azərbaycanla sərhəd Gürcüstan və Rusiyada "kraken"ə yoluxma hadisəsi qeydə alınıb.

Milli.Az


Etiketlər:  Virus üçün ikiqat uğur Krakenin əsas təhlükəsi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ