Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Drive” nəşri Türkiyənin yeni nəsil qırıcısından yazdı - VİDEO - FOTO

“Drive” nəşri Türkiyənin yeni nəsil qırıcısından yazdı - VİDEO - FOTO

Tarix: 13 Yanvar 2023 17:48

Türkiyənin qabaqcıl beşinci nəsil "TF-X" qırıcısının kabinə fənəri qarşısında infraqırmızı axtarış və izləmə sisteminin sensoru, burun hissəsinin altında isə elektro-optik yönləndirmə sistemi quraşdırılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Stels" təyyarənin qeyri-adi xüsusiyyətinə "Drive" nəşri diqqət çəkib.

Nəşrdə qeyd edilir ki, hazırda elə bir müasir döyüş təyyarəsi yoxdur ki, bu sensorlar bir-birindən ayrı olsun.

"TF-X" - Türk Aerokosmik Sənayesi (TUSAŞ - "Turkish Aerospace Industries") tərəfindən hazırlanmış beşinci nəsil reaktiv döyüş təyyarəsi layihəsidir. Qırıcının ilk uçuşunun bu il həyata keçirilməsi planlaşdırılır. Milli döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinin inventarındakı köhnə "F-4" və "F-16" təyyarələrini əvəz edəcəyi gözlənilir.


Etiketlər:  Drive nəşri Türkiyənin yeni nəsil qırıcısından yazdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ