Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atıcılıq üzrə dünya çempionu öz avtomobilində güllələndi

Atıcılıq üzrə dünya çempionu öz avtomobilində güllələndi

Tarix: 13 Yanvar 2023 19:48

Praktiki atıcılıq üzrə dünya çempionu Xorxe Balyesteros şəxsi avtomobilində güllələnib.

Sonxeber.net bildirir ki, bu barədə "Marca" xəbər portalı məlumat yayıb.

39 yaşlı kişi Madriddə ticarət mərkəzinin qarşısında dayanmış avtomobilində başından güllə yarası ilə tapılıb. Zərərçəkən xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hüquq-mühafizə orqanları ölümün səbəbinin intihar ola biləcəyini istisna etmir.

2017-ci ildə Balyesteros praktiki atıcılıq üzrə dünya çempionatının qalibi olub. O, üçqat Avropa çempionu və 17 qat İspaniya çempionu olub. İlk çempionluğunu 18 yaşında qazanıb. O, polis zabiti olub. Balyesteros evli olub, onun iki uşağı olub.

İrfan Vəliyev


Etiketlər:  Atıcılıq üzrə dünya çempionu avtomobilində güllələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ