Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatıb sərvəti hər kəsi təəccübləndirdi

Deputatıb sərvəti hər kəsi təəccübləndirdi

Tarix: 14 Yanvar 2023 08:48

Münhendə Avropa İttifaqının sanksiyaları altında olan Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Roman Lyabixovun dörd mənzilə sahib olduğu aşkar edilib.

Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, onlardan ikisi Lyabixov və həyat yoldaşı Yelena Kuznetsovaya (birlikdə), daha ikisi isə deputatın həyat yoldaşına məxsusdur.

Lyabixov bu mənzillərin heç birini bəyan etməyib. Rusiya qanunlarına görə, gəlirini və əmlakını gizlətdiyinə görə deputat mandatından məhrum edilməlidir. Lyabixovun alman mənzillərinin olması ilk dəfə 2022-ci ilin iyununda bilinib. Həmin vaxt Münhen prokurorluğu Dövlət Dumasının adı açıqlanmayan deputatı və onun həyat yoldaşının üç mənzil kirayə verməklə sanksiyaları pozduğunu və bunun üçün ayda 3500 avro aldığını bildirmişdi. Prokurorluq deputatın xanımının hesablarına həbs qoyub və əmlakını müsadirə edib. Söhbət məhz Lyabixov və Kuznetsovanın mənzillərindən gedirmiş.

Rusiyanın müxalifyönlü mediası daha dörd deputatın - Lev Kovpakın (Çexiyada mənzil), Aleksey Ezubovun (Fransa və ABŞ-da oğlunun mülkü), Vladimir Pavlovun (İspaniyadakı mənzil) və Aleksey Tkaçevin (qızının Avstriya və Monteneqrodakı mənzilləri) xarici mülklərini aşkar edib.


Etiketlər:  Deputatıb sərvəti hər kəsi təəccübləndirdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ