Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2023 17:52
Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi Moldovaya yenidən birbaşa təsir edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Rusiyanın dünən Ukraynaya endirdiyi raket zərbələri ilə çıxışında deyib.
Onun sözlərinə görə, Rusiyanın atdığı raketlərin birinin qalıqları ölkənin şimalındakı Larqa kəndinin ərazisinə düşüb.
Sandu Dneprdə raket hücumu zamanı həlak olanların ailələrinə başsağlığı verib.