Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalmaqallı bəyanat: Özünü qurda, Avropanı qoyuna bənzətdi - FOTO

Qalmaqallı bəyanat: Özünü qurda, Avropanı qoyuna bənzətdi - FOTO

Tarix: 15 Yanvar 2023 21:50

Serbiya Prezidenti Aleksandr Vuçiç özünü qurda, Avropanı isə qoyuna bənzədib.

Milli.Az bildirir ki, o, İnstagram profilində belə ruhda paylaşım edib.

"Qərb hər gün deyir ki, Serbiya Kosovo və Metoxiya ilə nə isə etməlidir, Rusiyaya qarşı sanksiyalarla bağlı nə isə etməlidir, Serbiya Respublikasındakıv xalqımıza dəstək verməkdən əl çəkməliyik və s. Lakin hər şeyə rəğmən, Avropanın tam qəlbində yerləşən kiçik və azadlığı sevən ölkəmiz ayaqdadır, çiçəklənməyə davam edir. Unutmasınlar: Qurd bir qoyunun fikrinə görə arzusundan əl çəkməz".

Bir qədər əvvəl isə Vuçiç yazmışdı: "Sirkə getdim, amma orada nə qurdu, nə Vuçiçi görmədim".

Serbiyanın dövlət başçısı Almaniyanın "Die Zeit" qəzetindəki məqaləni belə şərh edib.

Məqalədə vurğulanırdı ki, Serbiyanın Avropa İttifaqına üzvlüyə namizədliyini dayandırmaq və maliyyə yardımlarını dondurmaqla Vuçiçi "əhilləşdirmək" olar.

Milli.Az


Etiketlər:  Qalmaqallı bəyanat Özünü qurda Avropanı qoyuna bənzətdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ