Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vaqner” dəstəsinin keçmiş komandiri Norveçə qaçıb

“Vaqner” dəstəsinin keçmiş komandiri Norveçə qaçıb

Tarix: 16 Yanvar 2023 07:28

Dekabrın ortalarında döyüş meydanını tərk edərək Rusiya Prezidenti Vladimir Putinə, Baş Prokurorluğa və Federal Təhlükəsizlik Xidmətinə (FTX) videomüraciət ünvanlayan "Vaqner"in bölmələrindən birinin keçmiş komandiri Andrey Medvedev yanvarda Norveçə qaçıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Gulagu.net" insan haqları portalı məlumat yayıb.

Bildirilib ki, yanvarın 12-də A.Medvedev orada siyasi sığınacaq istəyib.

Portal Medvedevin sərhədi qanunsuz şəkildə tikanlı məftillərdən keçməli olduğunu və sərhədçilərin ona atəş açdığını söylədiyi audiomüsahibəni dərc edib.

Medvedev deyib ki, o, həm hüquq-mühafizə orqanları, həm də "Vaqner" tərəfindən axtarışa verildiyi üçün həyatı üçün narahatdır.

Daha öncə Medvedev iddia etmişdi ki, o, döyüşlər zamanı əmrləri yerinə yetirməkdən boyun qaçıran həmkarlarını öldürən "Vaqner" qrupunun muzdluları tərəfindən məhkəməsiz qətllərin şahidi olub.

O, beynəlxalq məhkəmədə ifadə verməyə hazır olduğunu bildirib.


Etiketlər:  Vaqner dəstəsinin keçmiş komandiri Norveçə qaçıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ