Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın şirkəti 1,6 milyon cərimələndi

Trampın şirkəti 1,6 milyon cərimələndi

Tarix: 16 Yanvar 2023 07:36

Nyu York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus olan "Trump Organization" şirkətini vergidən yayınmaqda təqsirli bilib və cərimələyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə CNBC məlumat yayıb.

Məlumata görə, cərimənin məbləği 1,6 milyon dollar təşkil edib ki, bu da müvafiq cinayətə görə maksimum cəzadır.

Qeyd olunub ki, "Trump Organisation"a daxil olan "Trump Corporation" və "Trump Payroll Corp" biznes qeydlərini saxtalaşdırmaqla çoxillik fırıldaqçılıq və vergidən yayınma sxemindən istifadə etməkdə təqsirli biliniblər.


Etiketlər:  Trampın şirkəti milyon cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ