Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Leyli anadan olanda Rafiqi ilk təbrik edənlərdən biri də Roza Tağıyeva idi” - FOTO

“Leyli anadan olanda Rafiqi ilk təbrik edənlərdən biri də Roza Tağıyeva idi” - FOTO

Tarix: 16 Yanvar 2023 18:25

"Kiçik dost məclislərində Rafiq dostları üçün mahnılar ifa edirdi. Belə qərara gəldi ki, Eldar Mansurov onun üçün bir mahnı bəstələsin, o da ifa etsin. O Eldar bəylə yaxın dost idi. Rafiq özü mahnı bəstələməyib, sadəcə olaraq bəstəkar mahnılarını ifa edib. Bu mahnını dostlarına ithaf etmişdi. Mahnı ifa etməyini xobbi kimi qiymətləndirirdi. Hətta oxuduğu mahnılardan ibarət bir disk də işıq üzü görmüşdü, hamı da eşidib bəyənmişdi"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, diktor Rafiq Hüseynlinin həyat yoldaşı Səbinə Hüseynli deyib.

"Rafiq xəstəliyini bildiyi gün evə gəldi. Ona artıq diaqnoz qoyulmuşdu. Yalnız qızımız Leylini düşünürdü. Bütün fikri-zikri Leylidə idi. Əməliyyata gedəndə də, əməliyyatdan çıxanda da, gözlərini açıb Leylini soruşurdu. Kaş Leylinin bütün uğurlarını görərdi. Heyf ki, bunlar Rafiqə qismət olmadı" deyə sənətkarın xanımı söyləyib.

Səbinə Hüseynli bildirib ki, Roza Tağıyeva ilə olduqca gözəl, isti münasibətləri var.
 "Leyli anadan olanda Rafiqi ilk təbrik edənlərdən biri də Roza xanım idi. Bu günə qədər Roza Tağıyeva ilə münasibətlərimiz çox gözəldir, istidir. Çünki Roza xanım özü də gözəl insandır" deyə o bildirib.

Səbinə Hüseynli həyat yoldaşının 15 il televiziyadan uzaq düşməsindən də danışıb.

"Rafiq danışırdı ki, 1990-cı ildə öz istəyi ilə televiziyadan ayrılıb. O bunu o vaxt ölkədə gedən siyasi prosseslərə qoşulmaq istəməməsiylə, televiziyada yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayırdı. 15 il televiziyadan uzaq düşdüyü bir dövrdə təbii ki, bu illər ona ağır olub. Yenidən televiziyaya qayıdanda isə doğma evinə qayıdırmış kimi özünü hiss edib" deyə Səbinə Hüseynli bildirib.

Milli.Az


Etiketlər:  Leyli anadan olanda Rafiqi ilk təbrik edənlərdən biri Roza Tağıyeva idi FOTO


RƏYLƏR