Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızını öldürüb 5 il gizləndi

Qızını öldürüb 5 il gizləndi

Tarix: 16 Yanvar 2023 21:36

Rusiyada, Qaraçay-Çərkəzdə polis əməkdaşları yeni doğulmuş qızının qətlindən sonra 5 ildir Krasnodar diyarında gizlənən qadının izinə düşüblər.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Telegram-kanalında məlumat verilib.

Qaraçay-Çərkəzdə öldürülən qızın anası DNT sayəsində tapılıb. 2017-ci ildə körpənin cəsədi Böyük Stavropol kanalının sel yatağının sahilində tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət yerində DNT aşkar edərək, beş il ərzində müxtəlif müayinələr aparıblar. 2022-ci ildə polis öldürülən qızın atasını Altay diyarında tapıb.

Səlahiyyətlilərin bildirdiyinə görə, kişinin hadisədən xəbəri olmayıb. Daha sonra 29 yaşlı Ust-Cequt sakini saxlanılıb. DNT testi onun öldürülən körpənin anası olduğunu təsdiqləyib.

Şöbədən verilən məlumata görə, hamiləlikdən xəbər tutan qız klinikada qeydiyyatdan keçməmək qərarına gəlib və maddi vəziyyəti ağır olduğundan qızı öldürüb. Hadisədən sonra o, beş il Krasnodar diyarında gizlənib.

Qadın barəsində cinayət işi başlanıb, hazırda iş məhkəməyə verilir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qızını öldürüb gizləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ