Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2023 21:55
Əməkdar artist Nigar Şabanova növbəti dəfə plastik əməliyyat keçirib.
Sonxeber.net bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Nigar klinikaların birində palatada güzgü önündə xəstə geyimində çəkdiyi selfisini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək üzündən əməliyyat olunacağını yazıb.
"Tezliklə stressdən, yorğun düşmüş üzümdən kompleks daşıdığım yanaqlardan əsər də qalmayacaq", - deyə Nigar bildirib.
Bizim.media-nın əməkdaşı Nigar Şabanova ilə əlaqə saxlayıb. Sənətçi artıq əməliyyat olunduğunu və cərrahi müdaxilənin uğurla keçdiyini, lakin ağrılarının olduğunu açıqlayıb:
"Sonuncu efirdə yanaqlarıma baxıb, dəhşət kompleks keçirdim. Anidən qərar verdim ki, yanaqlarımın həcmini kiçildim. Çox ağır əməliyyatdır. Ümüd edirəm istədiyim nəticəni əldə edəcəyəm".
Qeyd edək ki, ötən ilin sonları Nigar Şabanova bədənşəkilləndirmə əməliyyatı keçirərək, qarın piylərindən azad olunub.