Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SON DƏQİQƏ! Rusiya və Belarus hərəkətə keçdi - Birgə təlimlər başladı

SON DƏQİQƏ! Rusiya və Belarus hərəkətə keçdi - Birgə təlimlər başladı

Tarix: 16 Yanvar 2023 22:10

Belarus və Rusiya Silahlı Qüvvələrinin Regional Qüvvələr Qrupuna tabe olan aviasiya bölmələri birgə taktiki uçuş təliminə başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda fevralın 1-də başa çatması planlaşdırılan təlimin döyüş hazırlığı tapşırıqlarının birgə yerinə yetirilməsi baxımından əməliyyat uyğunluğunun artırılması məqsədi daşıdığı bildirilib.

"Təlimlər zamanı hava kəşfiyyatı, sərhəd boyu hava məkanında birgə patrul xidməti, bölmə qruplarına hava dəstəyi, taktiki hava desant qoşunlarının enişi, yüklərin çatdırılması və Hərbi Hava Qüvvələrinin təxliyəsi kimi bir çox məsələlərin həlli planlaşdırılır. Təlimlərin keçirilməsini təmin etmək üçün Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin bütün aerodromları, təlim sahələri və poliqonları cəlb olunub", - məlumatda qeyd olunub.

Təlimdə quru qoşunlarından bir çox bölmələr, o cümlədən Rusiya 120-ci Müstəqil Qvardiya Mexanikləşdirilmiş Briqadası və artilleriya bölmələri, Belarusun 11-ci Müstəqil Mexanikləşdirilmiş Briqadası bölmələri iştirak edib.

Belarus Təhlükəsizlik Şurası dövlət katibinin birinci müavini Pavel Muraveiko deyib ki, Belarus istənilən təxribatın və terror təhlükəsinin haradan gəlməsindən asılı olmayaraq, onu dayandırmağa hazırdır.

"Ukraynanın təxribatçı hərəkətlərinə cavab verməyə hazırıq. Əslində, cənub sərhədimiz hazırda o qədər də sakit deyil. Buna baxmayaraq, biz təmkin və səbir nümayiş etdiririk, prezidentimizin tələb etdiyi kimi, barıtı quru saxlayırıq. Ərazimizə hər hansı bir təcavüz və ya terror təhlükəsi olarsa, buna cavab vermək üçün gücümüz və vasitələrimiz var. Bu təlim müdafiə məqsədi daşıyır", - Muraveiko deyib.

Xatırladaq ki, ötən ilin oktyabrında Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin birgə regional birlik qrupunun yaradılması barədə razılığa gəliblər. Putin keçən ay Minskə səfər edib.

Müxalifətin iddiasına görə, bu səfər Rusiyanın Belarusu Ukrayna müharibəsinə daxil etmək məqsədi daşıyırdı. Kreml bu iddiaları təkzib etmişdi.

Milli.Az


Etiketlər:  SON DƏQİQƏ Rusiya Belarus hərəkətə keçdi Birgə təlimlər başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ