Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2023 23:28
Rusiyanın Ukraynanın Zaporojye vilayətinə S-300 raketi ilə hücumu nəticəsində 9 nəfər yaralanıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin polis idarəsindən bildirilib.
Zaporojye vilayəti polisinin verdiyi məlumata görə, saat 00:50 radələrində rus qoşunları yenidən şəhərin yaşayış məhəllələrindən birinə raket zərbələri endirib.
Bildirilib ki, partlayış dalğasından yaxınlıqdakı evlərin şüşə və eyvan çərçivələri sınıb, avtomobillərə ziyan dəyib.