Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 11:25
Xalq artisti Aygün Kazımova növbəti dəfə fotosessiyası ilə gündəmə gəlib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, 51 yaşlı sənətçi 2 fərqli obrazda kamera qarşısına keçib.
Kazımova stilində ağ və qara rəngin ahəngindən istifadə edib.
Belə ki, Xalq artisti ilk fotolarda məşhur dizayner Rüfət İsmayılın kolleksiyasında yer alan qara, qolları iri həcmli, sinə dekolteli libas geyinib.
Digər obrazda isə sənətçi ağ mirvarilərlə bəzədilmiş saç aksessuarından və boyunbağıdan istifadə edib. Onun bu görüntüsü Misir kraliçası Kleopatranı xatırladıb.
Aygünün şəkillərini fotoqraf Ruslan Nəbiyev lentə alıb. İfaçının makiyajını isə məşhur vizajist Günəş Qasımova edib.