Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roza lüks mənzili ilə GÖZ QAMAŞDIRDI - VİDEO - FOTO

Roza lüks mənzili ilə GÖZ QAMAŞDIRDI - VİDEO - FOTO

Tarix: 17 Yanvar 2023 19:35

Müğənni Roza Zərgərli lüks mənzilini nümayiş etdirib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Ulduzla canlı-canlı" verilişinin çəkiliş heyəti sənətçinin dəbdəbəli mənzilinə yollanıb.

Klassik üslubda dizayn edilmiş mənzilin divarları, döşəməsi və tavanı ağ rənglə boyadılıb. Evdə olan mebel əşyaları, eləcə də aksesuarların çox hissəsi qızılı tonlardadır.

Diqqət çəkən məqam isə qonaq otağında olan ağ rəngdə piano və divarlarda asılmış portretlər olub.

Portretlərin birində evə gələn qonaqlar orada əks olunan şəxsin Ayna Sultanova olmasını desələr də, lakin Roza bunu inkar edib. O, portretdə öz şəklinin əks olunduğunu bildirib.

Zərgərlinin digər portret haqqında açıqlaması isə marağa səbəb olub:

"Həmin portretdə aynanın içində mənim əksimdir. Özüm özümə baxıram. Qucağımdakı körpə isə 40 günü tamam olmayan sənət yoldaşımın - Samirə Əliməryəmin övladı Məryəmdir. Onu evimizə gətirib, qucağımda şəklini çəkdik. Sonra həmin şəkli rəssam tabloya çəkdi. Bu tablonun mənası odur ki, hər bir qadın arzu edir ki, özünü ana görsün. Bu tablo çox maraqlı alınıb. Belə 12 ədəd rəsm əsəri var ki, orada əsas qəhrəman özüməm".

Milli.Az


Etiketlər:  Roza lüks mənzili ilə GÖZ QAMAŞDIRDI VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ