Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kimlərin ki, toylarında oxumuşam, ayrılıblar'' - VİDEO

''Kimlərin ki, toylarında oxumuşam, ayrılıblar'' - VİDEO

Tarix: 18 Yanvar 2023 17:55

"Rəfiqələrimin uşaqları analarına "Ay qız" deyə müraciət edirlər. Biz necə atamıza "Ay oğlan" deyə bilərdik? Elə şey mümkündür? (gülür). Deməli bunlar hər şey zamanədəndir".

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xeyirli axşamlar" verilişində deyib. 
Subay idmançı oğlu Cahaddan söz açan sənətçi bildirib ki, onu evləndirib, qayınanağa olmağa tələsir:

"Övladım anadan olandan qayınana olmağa tələsirəm. Cahadın 32 yaşı var. Kimlərin ki, toylarında oxumuşam, görmüşəm ki, onların xasiyyəti tutmayıb və ayrılıblar. Deyirəm ki, oğlum ailə qurmağa tələsməsin. Çünki ayrılıqdan sonra hər iki tərəf və uşaqlar travma alırlar. Ailə qurmaqdan əvvəl yüz ölçüb, bir biçmək lazımdır. Yaxşısı budur ki, güc olsun, amma gec olsun".

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.


Etiketlər:  Kimlərin toylarında oxumuşam ayrılıblar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ