Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 09:00
ABŞ hakimiyyəti Ukraynanın enerji sistemini dəstəkləmək üçün 125 milyon dollar ayırmaq niyyətində olduğunu açıqlayıb.
Bu haqda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer Davosda keçirilən Dünya İqtisadi Forumunda açıqlama verib:
"ABŞ Prezidentinin administrasiyası Ukraynanın enerji sistemi və infrastrukturunun dəstəklənməsi üçün əlavə 125 milyon dollar ayırmaq üçün Konqreslə işləmək niyyətindədir".
ABŞ hökuməti bu məbləği həyati vacib avadanlıqların alınmasına sərf etməyi planlaşdırır.