Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda səki zəbt edilir - Piyadaların həyatı təhlükədədir - VİDEO

Bakıda səki zəbt edilir - Piyadaların həyatı təhlükədədir - VİDEO

Tarix: 19 Yanvar 2023 16:04

Bakının ''20 Yanvar'' dairəsinin yaxınlığı, Moskva ilə üzü Tbilisi prospekti istiqamətində hərəkət edən piyadaları həyatı təhlükədədir.

Çünki səki ilə hərkət edən piyadaların qarşısına maneə çıxır. Məcbur qalan piyadalar yolun hərəkət hissəsinə keçirlər. Belə olduqda da piyadaların təhlükəsizliyi risk altına düşür.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,bu yoldan hər gün istifadə edən piyadalar deyirlər ki, avtomobili qanunsuz park edən sürücülərdən təngə gəliblər.

Ərazidə yol polisləri də xidmət aparırırlar. Hətta yol polisi səkidə və yol kənarında dayanma və durma qaydalarını pozan bir neçə sürücünü inzibati qaydada cərimə də edir.

Yol polisi həmin ərazidən bir az uzaqlaşan kimi isə eyni mənzərə yaranır. Görünən odur ki, ''20 Yanvar'' dairəsi və ''Şamaxinka''  kimi tanınan ərazilər üçün çox ciddi addımlar atılmalıdır.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi vəzifəsini icra edən Araz Əsgərli bildirib ki, həmin ərazi şimal qapısı olduğundan hərəkət intensivliyi çoxdur. ''Orada patrul əməkdaşları sutkalıq xidmət aparsalar da, problemlərin bir qisminin qarşısı alınır. Gün boyu dayanma və durma qaydalarını pozan sürücülər aşkar edildikcə, cərimə olunurlar'',- deyə Araz Əsgərli bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda səki zəbt edilir Piyadaların həyatı təhlükədədir VİDEO


RƏYLƏR