Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 11:22
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerli "Əl-Hilal" və "Əl-Nəsr" komandalarından ibarət birgə kollektivlə PSJ arasında özəl oyun baş tutub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu matçda Kriştianu Ronaldu Ərəbistanda debüt edib. O, debüt matçında bəlkə də sonuncu dəfə Lionel Messiyə rəqib olub.
Bu görüşdə daha güclü olan Fransa təmsilçisi 5:4 hesabı ilə qalib gəlib. Oyunda 9 qoldan başqa, 1 qırmızı vərəqə, 3 penalti (birini Neymar vura bilməyib) də qeydə alınıb.
Matçdan sonra biri penaltidən olmaqla, dubl etmiş Kriştianu Ronalduya "Matçın ən yaxşısı" mükafatı verilib. Həmçinin, komandalara medallar və qalib PSJ-yə xüsusi kubok təqdim olunub.