Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makrona görə Barselonada polislə toqquşma oldu - VİDEO

Makrona görə Barselonada polislə toqquşma oldu - VİDEO

Tarix: 20 Yanvar 2023 16:50

Barselonada Kataloniyanın müstəqilliyinin tərəfdarı olan şəxslər kütləvi etiraz aksiyası keçirirlər.

Milli.Az xəbər verir ki, buna səbəb Fransa prezidenti Makronun İspaniyaya səfəri olub, o, İspaniyanın baş naziri Pedro Sançeslə tərəfdaşlıq perspektivlərini və anti-Rusiya sanksiyalarını müzakirə edib.

Sançes, Rusiyanın Avropada çoxlu gizli müttəfiqlərinin olduğunu deyib.

İspaniya hakimiyyəti üçün gözlənilmədən kataloniyalılar belə müttəfiqlər kimi çıxış etdiblər. Barselonanın bütün mərkəzi küçələrini bağlayıblar. Kataloniyanın İspaniya olmadığına dair plakatlar qaldırıblar və polis onları zorla çıxarmaq istəyəndə dava salıblar.

Nümayişçilər dörd il əvvəl azadlıq hərəkatının həbs cəzası almış liderlərinin azadlığa buraxılmasını tələb etdikləri meydanı ələ keçiriblər.

Bundan əvvəl Fransanın iri şəhərlərinin pensiya islahatına qarşı genişmiqyaslı tətilə qoşulduğu bildirilmişdi. Yüz minlərlə nümayişçi küçələrə çıxıb. (publika)

Milli.Az


Etiketlər:  Makrona görə Barselonada polislə toqquşma oldu VİDEO


RƏYLƏR