Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bursa səmasında “UNO bulud” göründü: Bir saat havada qaldı - VİDEO - FOTO

Bursa səmasında “UNO bulud” göründü: Bir saat havada qaldı - VİDEO - FOTO

Tarix: 21 Yanvar 2023 05:46

Türkiyənin Bursa şəhərində maraqlı təbiət hadisəsi müşahidə olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səmada əmələ gələn və uçan naməlum obyektə (UNO) bənzəyən bulud görənlərin marağına səbəb olub və valehedici atmosfer yaradıb.

Bursanın Kestel, Gürsu, Yıldırım, Osmanqazi və Nilüfer rayonlarından görünən və 1 saata yaxın havada asılı qalan bulud görənlərin diqqətini çəkib. Bir çox insan səmadakı bu təbiət hadisəsini mobil telefonları ilə lentə alıb.

Meteorologiya Baş İdarəsinin internet saytından əldə edilən məlumata görə, bu buludlar mərcək buludu adlanır və dağ yüksəkliklərindən gələn küləyin dalğalanması nəticəsində əmələ gəlir.

Oroqrafik hadisənin nəticəsi olan və UNO-ya bənzəyən bu buludlar dağ və təpələrin yamacları boyunca küləklərin əsdiyi istənilən coğrafi ərazidə müşahidə oluna bilər.

Milli.Az


Etiketlər:  Bursa səmasında UNO bulud göründü Bir saat havada qaldı VİDEO FOTO


RƏYLƏR