Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yuventus"un keçmiş rəsmiləri futboldan uzaqlaşdırıldılar

Tarix: 21 Yanvar 2023 07:36

İtaliyanın Federal Apellyasiya Məhkəməsi "Yuventus"un keçmiş rəhbərliyinə qarşı qərar çıxarıb.

Klubun keçmiş idarəedici direktoru Fabio Paratiçi 2 il yarım, eks-prezident Andrea Anyelli 2 il, idarə heyətinin keçmiş üzvü Mauritsio Arrivabene 2 il, keçmiş idman direktoru Federiko Kerubini 1 il 4 ay, keçmiş vitse-prezident Pavel Nedved  8 ay müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıblar.

Qeyd edək ki, İtaliyanın Federal Apellyasiya Məhkəməsi  maliyyə fırıldağına görə "Yuventus"un A Seriyasında 15 xalını silib. Komanda 22 xalla 10-ci pilləyə enib.

Milli.Az


Etiketlər:  Yuventusun keçmiş rəsmiləri futboldan uzaqlaşdırıldılar


RƏYLƏR