Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2023 08:21
Xurma orqanizmin sağlam yaşaması və uzunömürlü olması üçün Allah tərəfindən yaradılan bir meyvədir. Qədim Çin təbabətində xurmanın uzun ömür sürmək üçün yaradıldığı qeyd edilir.
Tibb elmi bir-neçə xurmanın aclığı asanlıqla aradan qaldırdığını qeyd etməklə yanaşı aclıq zamanı meydana çıxan vitamin çatışmazlığını da aradan qarldırdığını sübut edib. Onun trkibində 23 növ müxtəlif amin turşusu vardır. Bu meyvə tərkibində amin turuşularının sayı ən çox olan meyvədir. Hər gün xurma yemək orqanizmin hüceyrələrinin qocalmasının sürətini azaldır. Buna səbəb isə xurmanın tərkibində triptofanın miqdarının çox olmasıdır. Xurmanın tərkibində olan B5 vitamini aclıqdan sonra orqanizmin fiziki gücünün, enerjisinin, beyninin və sinir sisteminin yenilənməsinə və güclənməsinə səbəb olur. Xurmanın tərkibində vitaminlərin və mikroelementlərin çox olmasına baxmayaraq onun tərkibində xolesterin yoxdur.
Xurmanın tərkibindəkilər orqanizmə aşağıdakı təsirləri göstərir:
* xurma orqanizmdə olan bütün növ zərərli mikrobları və bakteriyaları öldürür
* xurma zərərli amöblərə qarşı mübarizə aparır
* xurma kostmanavtlər üçün əvəolunmaz qida vasitəsi sayılır, onun tərkibi kürünün tərkibindən daha güclüdür
* xurma yumurtalığın əzələsini gücləndirmək qabiliyyətinə malikdir, onu doğan qadınlara verməkdə fayda var
* xurmanın tərkibində olan A vitamini görməni yaxşılaşdırır və gecə korluğunu aradan qaldırır
* xurma iştahanı yaxşılaşdırır
* xurmanln tərkibində olan B qrup vitaminləri əzələlərin yaxşı işləməsinə səbəb olur
* xurma həm qida, həm də dərmandır
* xurma zehni yüklənməni aradan qaldırır
* xurma ürək-damar və tənəffüs sistemi orqanlarının xəstəliklərinin sağalmasını sürətləndirir. Buna səbəb isə xurmanın tərkibində kaliumun olmasıdır.
* xurma qanazlığını və anemiyanı aradan qaldırır
* dəniz xəstəliyinin əlamətlərini azaldır
* uşaqsalma riskini azaldır
* kapilyarların divarını möhkəmləndirir
* həzm sisstemini yaxşılaşdırır və bağırsaq fəaliyyətini sürətləndirir
* görməni və gözlərdəki yorğunluğu aradan qaldırır
* qocalmanı azaldır və ömrü uzadır
* uşaqəmizdirmə zamanı döşlərə südün gəlməsini yaxşılaşdırır
* immun sistemi möhkəmləndirir, dişləri sağamlaşdırır
* baş hərlənməni aradan qaldırır
* maddələr mübadiləsini sürətləndirir, xolesterini azaldır
* əzələ ağrılarını və əzələ yorğunluğunu aradan qaldırır