Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alman ordusunda skandal: təlim zamanı...

Alman ordusunda skandal: təlim zamanı...

Tarix: 22 Yanvar 2023 20:10

Alman ordusu hərbi təlimlər zamanı silahlarında kütləvi nasazlıqları və texnikalarının pis vəziyyətdə olmasını gizlədib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.

"Keçən ilin dekabrında Almaniyada manevrlərdə iştirak edən 18 "Puma" piyada döyüş maşınının planlaşdırılmış təlim zamanı sıradan çıxmasından sonra böyük qalmaqal yaranmışdı. Bu səbəbdən almanlar sürətli reaksiya qüvvələrini köhnə "Marder" piyada döyüş maşınlarına köçürməli oldular.

Sonrakı proseslərdə iştirak edən alman deputatların məlumatına görə, baş verənlərə görə günah zirehli texnika istehsalçısında deyil, ölkənin hərbi rəhbərliyindədir. Belə ki, təlimlərə iki ay qalmış ordu rəhbərliyi sadəcə olaraq BMP-ni planlı texniki xidmətə göndərməyi unudub. Təlimlərə sadəcə bu BMP ilə tanış olmayan təcrübəsiz mexaniklər göndərilib. Texnikalarda istilik sisteminin pozulması səbəbindən bir neçə maşında nasazlıq yaranıb. Məlum olub ki, BMP-ni işlək vəziyyətə qaytarmaq üçün sadəcə texniki maye əlavə etmək kifayət idi, lakin təlimatlarda bununla bağlı heç bir göstəriş olmayıb",- məlumatda deyilir.


Etiketlər:  Alman ordusunda skandal təlim zamanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ