Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna savaşını uzadan 4 səbəb - Ekspert

Ukrayna savaşını uzadan 4 səbəb - Ekspert

Tarix: 23 Yanvar 2023 02:42

Təəssüf ki, Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlayan müharibənin davam etməsi və dağıdıcı təsirlərini artırması riski hələ də çox yüksəkdir. Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin NATO müdafiə nazirlərinin toplantısından sonrakı mətbuat konfransındakı sözləri də təsdiq edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna müharibəsinin gedişatı ilə bağlı QAFSAM sədri Araz Aslanlı qeyd edib.

Alim bildirib ki, müharibənin 2024-cü ilə keçməsi mütləq variant deyil:

"Tərəflərdən birinin (xüsusilə Rusiyanın) daxilində baş verə biləcək hansısa bir proses, yaxud Rusiyanın və Ukraynanı dəstəkləyən qüvvələrin (xüsusilə ABŞ-ın) xarici siyasətdə üzləşəcəyi daha ciddi problemlər danışıqlar masası variantını gücləndirə və müharibənin şiddətini azalda bilər".

Araz Aslanlı hazırkı şərtlərdə aşağıdakı səbəblərə görə müharibənin uzanması ehtimalının daha çox olduğunu vurğulayıb:

"Birincisi, Rusiya işğal etdiyi Ukrayna ərazilərini uzunmüddətli strateji qazanc kimi görür; ikincisi, Ukrayna təbii olaraq işğaldakı torpaqlarını azad etmək istəyir; üçüncüsü, tərəflər hazırda dayanmağı verdikləri qurbanların ruhuna xəyanət kimi görürlər; dördüncüsü isə ABŞ müharibəni Rusiyanın enerjisini tükəndirən və Avropanı təzyiq altında saxlayaraq özünə ona yaxınlaşdıran amil hesab edir.

Ukrayna və Rusiya tarixən müharibələrin dayanması üçün vacib olan "tükənmişlik" və "bezmişlik" mərhələsinə hələ çatmayıblar".

Milli.Az


Etiketlər:  Ukrayna savaşını uzadan 4 səbəb Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ