Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lempard “Everton”dan qovuldu

Lempard “Everton”dan qovuldu

Tarix: 23 Yanvar 2023 20:26

"Everton"un baş məşqçisi Frenk Lempard istefaya göndərilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klubun idarə heyəti yekdilliklə Lempardın baş məşqçi vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

Lempard 31 yanvar 2022-ci ildən "Everton"a rəhbərlik edib. Mütəxəssislə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

Onun rəhbərliyi altında komanda bütün yarışlarda 44 oyun keçirib, 12 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 24 məğlubiyyətlə üzləşib.

"Everton" bu mövsüm Premyer Liqada 20 matçdan 15 xalla 19-cu pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Lempard Evertondan qovuldu


RƏYLƏR