Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlcəzairdə helikopter qəzası - Biri polkovnik olmaqla, üç hərbçi öldü

Əlcəzairdə helikopter qəzası - Biri polkovnik olmaqla, üç hərbçi öldü

Tarix: 24 Yanvar 2023 07:56

Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində​ orduya məxsus Mi-171 helikopteri qəzaya uğrayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəza nəticəsində biri polkovnik olmaqla üç hərbçi həlak olub.

Əlcəzair Milli Müdafiə Nazirliyinin məlumatına görə, helikopter planlı təlim uçuşu həyata keçirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Əlcəzairdə helikopter qəzası Biri polkovnik olmaqla üç hərbçi öldü


RƏYLƏR