Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2019 18:24
Bakı. Trend:
Mersedes komandasının Fin pilotu Valtteri Bottas Formula-1 Yaponiya Qran Prisininin qalibi olub.
Trend-in məlumatına görə, ikinci yeri "Ferrari" komandasının alman pilotu Sebastyan Fettel, üçüncü yeri "Mersedes"in ingilis pilotu Lyus Hemilton tutub.
Yarış zamanı "Red Bull" komandasının pilotu Maks Ferstappen və "Racing Point" komandasından olan meksikalı Serxio Perez yarışı tərk ediblər.
"Mersedes"in pilotları ardıcıl altıncı dəfə Yaponiya Qran Prisini qazanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin