Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2023 16:00
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Soledar şəhərinin Rusiya ordusunun nəzarəti altına keçməsini təsdiq edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Sergey Çerevatov açıqlayıb.
Onun sözlərinə görə, ukraynalı hərbçilər aylarla davam edən çətin döyüşlərdən sonra Soledardan çıxıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 12-si ölkə qoşunlarının Soledar şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Bunun ardınca, Ukrayna tərəfi sözügedən məlumatı təkzib edərək, şəhərdə döyüşlərin getdiyini bildirmişdi.