Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2023 23:12
II Dünya müharibəsindən sonra Almaniya dörd sektora bölünüb və bu sektorlar ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin nəzarətində olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskva Dövlət Universitetinin tələbələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, ABŞ işğal statusunun ləğvini rəsmiləşdirməyib:
"Sovet İttifaqı bu işğal statusunun sona çatmasını rəsmiləşdirdi, lakin ABŞ bunu etmədi. Düzünü desək, rəsmi olaraq, Federal Respublika ərazisində Amerikanın işğalçı qoşunları var".