Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski “Leopard 2” tankları haqda: “Çox xoşbəxtəm”

Zelenski “Leopard 2” tankları haqda: “Çox xoşbəxtəm”

Tarix: 26 Yanvar 2023 08:48

"Almaniyanın 14 ədəd "Leopard 2" tankı göndərəcəyinə görə çox xoşbəxtəm".

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Sky News" telekanalına müsahibəsində bildirib.

Jurnalist Zelenskdən Almaniya kanslerinin ​​qərarı barədə nə düşündüyünü soruşub.

Zelenski suala cavabında məlumatlı olmadığını bildirsə də qəfil mətbuat katibinin sözü onu təəccübləndirib:

"Mətbuat katibim dedi ki, kansler Şolts "Leopard"ları verəcəyini indicə təsdiqləyib. Müsahibədən dərhal sonra onunla söhbət edəcəm. Mən çox xoşbəxtəm. Almaniyaya təşəkkür etmək istəyirəm. Britaniyaya və ABŞ-a təşəkkür edirəm. Mən bütün dünyaya minnətdaram", -deyə Zelenski bildirib.

Zelenski tankların tez bir zamanda çatdırılmasının vacibliyini qeyd edib.

Milli.Az


Etiketlər:  Zelenski Leopard 2 tankları haqda Çox xoşbəxtəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ