Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2023 14:00
İranın Bakıdakı səfirliyi XİN-nin bəyanatını translyasiya edib.
İranın XİN başçısı Hüseyn Əmir Abdullahian Tehrandakı səfirliyimizə qarşı qanlı terror aktı ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova nə üçün indiyədək zəng etməyib, başsağlığı verməyib, rəsmi Tehranın üzərinə götürdüyü öhdəliklərə sadiqliyini təsdiqləməyib?
İranın hakimiyyət dairələri açıq və aydın şəkildə anlamalıdır ki, səfirliyimizə qarşı teror aktının nəticələri çox ciddi olacaq.
Bakı ilə əlaqələri normallaşdırmaq üçün Tehran həddən ziyadə ciddi səylər göstərməli olacaq.
Azərbaycanın İrandakı, İranın da Azərbaycandakı səfirləri məsləhətləşmələr üçün geri çağırılarsa, Bakı ilə Tehran arasında hazırda çox gərgin olan münasibətlər daha da ağırlaşacaq.