Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kinematoqrafçılar ittifaqında məni saymırlar”

“Kinematoqrafçılar ittifaqında məni saymırlar”

Tarix: 27 Yanvar 2023 15:35

Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən imtina edib. İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi deyilir. Onlar arasında Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyevanın da var.

Respublikanın əməkdar artisti Gülşad Baxşıyeva moderator.az-a açıqlamasında sözügedən məsələni təkzib edib:

"Mən Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina etməmişəm. Mən demişəm ki, ittifaqın üzvü olduğum müddətdə heç yerə çağırılmamışam, tədbirlərdə iştirak etməmişəm, konfranslarda olmamışam. Yəni, məni dəvət etməyiblər. Hətta, məndə ittifaqın vəsiqəsi belə yoxdur. Yəni ki, orada nə baş verir, mən bilmirəm. O cümlədən, üzvlükdən imtina etmək niyyətim də yoxdur Çünki mən orada onsuz da yox kimiyəm, niyə çıxmalıyam ki? Üstəlik, ora kiminsə atasının şəxsi ittifaqı deyil ki, küsüb, çıxıb gedim. Bu, dövlətin ittifaqıdır. Məni saysalar da, saymasalar da mənim getmək fikrim yoxdur. O ki, qaldı ittifaqda nə baş verir, müəyyən qurumlar araşdırma aparacaqlar və hər şey məlum olacaq".

"Mən fikir verirəm ki, ittifaqda ciddi mübarizə gedir. Belə ki, hər bir yaşlı nəsil istəyir ki, ittifaqın rəhbərliyinə ya normal adam gəlsin, ya da özü. Bunun üstündə dava-qırğın gedir. Şəxsən mən ora namizədliyimi heç vaxt vermərəm. Çünki o elə bir işdir ki, daha aktiv, daha iş bilən və cavan adam lazımdır. Vəssəlam"-deyə, əməkdar artist vurğulayıb.

Aktrisa ittifaqda ona olan biganə münasibətə də toxunub: "Mən Ali təhsil ocağında kafedra müdiriyəm. İclas keçirir və müəllimləri iclasa dəvət edirəm. Bəzi müəllimlər iclasa gəlməyəndə, mən onları bir də dəvət etmirəm. Onlar mənə mesaj verirlər ki, biz səni saymırıq, mən də deyirəm ki, mən də sizi saymıram. Yəqin, ittifaqda da məni saymırlar, məni aktrisa bilmirlər və ya özlərinə yaraşdırmır, yuxarıdan aşağı baxırlar. Amma ora kiminsə şəxsi malı deyil, dövlət səviyyəli qurumdur".

Milli.Az


Etiketlər:  Kinematoqrafçılar ittifaqında məni saymırlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ