Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2019 11:00
AFFA-nın Azərbaycan millisi üçün hazırladığı yeni geyim dəsti tənqidlə qarşılanıb.
Qol.az xəbər verir ki, futbolçuların yeni dəstinin - kostyum, köynək və ayaqqabının hamısının büsbütün qara rəngdən ibarət olması mənfi aura yaradıb.
Bu səbəbdən sosial şəbəkələrdə bu geyim tərzini ələ salanlar da olub. "Elə bil yasa gediblər" - deyə onlar bildiriblər.
Qeyd edək ki, bu geyimi futbolçularımız Macarıstanla "Avro-2020"nin səfər matçından əvvəl geyiniblər.