Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? - Oftalmoloqlar

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? - Oftalmoloqlar

Tarix: 28 Yanvar 2023 20:18

Nəyə görə qaranlıq şəraitdə televizor, telefonun mavi ekranına baxmaq orqanizm üçün zərərlidir?

Sonxeber.net bakupost.az-a istinadla xəbər verir ki, Omsk şəhəri oftalmoloqları işığı söndürülmüş otaqda televizora baxmağın gözlərə ziyanını açıqlayıb.

"İnsana elə gəlir ki, qaranlıqda ekrana baxmaq daha rahatdır, göz yorulmur. Lakin sizin beyniniz və gözləriniz belə düşünmür. Qaranlıqda televizora baxmaq gözləri yorur, ən pis halda gözdibi, daxili təzyiqi yüksəldir, bu da görmənin pisləşməsinə, hətta qlaukomaya kimi gətirib çıxarır", - deyə Kliniki oftalmoloji mərkəzin həkimləri bildrir.

Həkimlər komputer, telefon və televizora qaranlıq yox,ən azı yarımqaranlıq, torşer işığında baxmağı tövsiyə edir. Otaqda az da olsa işıq olmalıdır.

Planşet, televizora qaranlıqda baxmaq göz sinirlərini gərginləşdirir, belə vəziyyət uzun müddət olsa, baş ağrısı da yarana bilər.

Çünki gərgin göz siniri başa ağrı siqnalı ötürəcək.


Etiketlər:  Qaranlıqda televizora telefona baxmaq niyə təhlükəlidir Oftalmoloqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ