Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir - YENİLƏNİB

Tarix: 29 Yanvar 2023 19:36

19:31

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.

Səfirlik əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən təyyarə yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

17:18

Şəhid Orxan Əsgərovun cənazəsi uzun sürən maneələrdən sonra təhvil verilib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu haqda "Mouze" Teleqram kanalı məlumat yayıb.

--------

16:31

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.


Etiketlər:  Şəhid Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir YENİLƏNİB


RƏYLƏR